“Bayern” keçmiş futbolçusunu geri qaytarmaq istəyib
“Bayern” bu ilin yanvarında keçmiş müdafiəçisini heyətinə qaytarmaq fikrində olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət hazırda “Nitsa”da çıxış edən 40 yaşlı Dantedən gedir.
Münhen klubu yanvarda yeni mərkəz müdafiəçisi axtararkən, rəhbərlik iyun ayına qədər müqavilə təklif oluna bilən Danteni geri qaytarmaq variantını nəzərdən keçirib. Klub sonda bu ideyadan əl çəkməyə qərar verib və “Tottenhem”dən Erik Dayeri dəvət edib.
Dante 2013-cü ildə “Bayern”ə Çempionlar Liqası, ölkə çempionluğu və Almaniya kubokunu qazanmağa kömək etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin