“Bayern”in formasını geyinmiş futbolçu 18 yaşında vəfat edib

“Bayern” çinli müdafiəçi Quo Çzyasyuanın vəfatı ilə bağlı başsağlığı verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu keçmiş futbolçusu üçün yas tutur. O, fevralın 6-da İspaniyada məşq zamanı aldığı ağır kəllə-beyin travmasının nəticəsində bu gün vəfat edib.

18 yaşlı mərhum futbolçu “Bayern”in 2023-cü ildə gənc oyunçular üçün olan proqramında iştirak edib. O, eyni zamanda, Çin gənclər komandasının üzvü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button