
“Bayern” keçmiş baş məşqçisinə 2 illik müqavilə təklif edib
“Bayern” sabiq baş məşqçisi Hans-Diter Fliklə danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 59 yaşlı məşqçiyə iki illik müqavilə təklif edib.
Flik 2019-2021-ci illərdə “Bayern”ə rəhbərlik edib. Onun son iş yeri Almaniya millisi olub.
Münhen klubunun hazırkı baş məşqçisi Tomas Tuxel 2023/2024 mövsümünün sonunda komandanı tərk edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin