“Bayern” kanadalı futbolçuya sərfəli müqavilə təklif edəcək

Müqaviləsinin bir ildən sonra başa çatmasına baxmayaraq, “Bayern” hələ də sol cinah müdafiəçisi Alfonso Deyvisi uzun müddət saxlaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı futbolçunun bu transfer pəncərəsində “Real”a keçidi çox çətin görünür.

Deyvis Vensan Kompaninin rəhbərliyi altında yeni mövsümdə yaxşı çıxış edə bilsə, “Bayern” müqavilə təklifini yaxşılaşdıracaq və onun heyətdə qalması üçün əlindən gələni edəcək.

“Real” 23 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsini yeniləmədiyi təqdirdə, gələn yay onun azad agent kimi Madrid klubuna keçidinə qarşı deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button