Deyvisin əvəzinə ukraynalı futbolçu

Alfonso Deyvis “Bayern”i tərk edə bilər. Buna görə də, klub rəhbərliyi ona əvəzləyici axtarır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Münhen klubu “Arsenal”da çıxış edən ukraynalı futbolçu Aleksandr Zinçenko ilə maraqlanır.

27 yaşlı futbolçu “Arsenal”da əsas heyətdəki yerini itirdiyi üçün komandasını dəyişməyə razı ola bilər. Zinçenkonun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Onun potensial transferinin məbləği 40-50 milyon avro ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button