“Hazırda heyətdən çox razıyıq” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Maks Eberl Münhen klubunun transfer fəaliyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun istənilən oyunçunu transfer etmək iqtidarında olduğunu söyləyib:

“Bayern” ən yaxşı oyunçular üçün beynəlxalq cazibəsini itirib? Çoxsaylı transfer danışıqlarındakı təcrübəmdən deyə bilərəm ki, “Bayern”in ən yaxşı oyunçular üçün beynəlxalq cəlbediciliyini itirdiyini iddia edən hər kəs sadəcə transfer bazarını bilmir. Tələb olunan məbləği ödəməyə hazır olsaq, “Bayern” istənilən oyunçunu transfer edə bilər. Ancaq biz bunu yalnız Luis Diasla olduğu kimi, sövdələşməyə yüz faiz əmin olduqda edirik.

Hücumun yenilənməsi üçün aydın konsepsiyamız var idi. Harri Keyn, Maykl Olişah, Camal Musiala və indi də Luis Diasdan ibarət dördlüyü meydanda təsəvvür etsəz, biz mütləq Avropanın ən təhlükəli hücum xəttlərindən birini alacağıq.

Biz diqqətimizi Diasın transferinə yönəltmişdik. Hazırda heyətdən çox razıyıq. Planımızı yerinə yetirmişik, lakin bazara nəzarəti davam etdiririk. Transfer pəncərəsi sentyabrın 1-dək açıqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button