“Bayern”in hədəfi – “Real Sosyedad”ın futbolçusu
“Bayern” “Real Sosyedad”ın futbolçusunu istəyir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, söhbət İspaniya klubunun futbolçusu Martin Zubimendidən gedir.
Münhen təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəflə danışıqlara da başlayıb. “Real Sosyedad”ın yetirməsi olan Zubimendinin hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin