
“Özümü növbəti beş ildə, hətta daha uzun müddət Münhendə görürəm”
“Bayern”in müdafiəçisi Alfonso Deyvis klubu ilə yeni müqaviləsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bayern”lə müqaviləmi uzatdığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Çox vaxt apardı, amma biz bunu bacardıq. Mən özümü növbəti beş ildə, hətta daha uzun müddət Münhendə görürəm”.
Deyvis 2019-cu ildən “Bayern”də oynayır. 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 28 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



