“Real”ın çətin matçlarda hansı mentalitet və xarakter daşıdığını bilirik” – Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 1/4 finalında “Real”ın “Mançester Siti” üzərində qələbəsini dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyunu izlədiyini bildirib:

“Mançester Siti” – “Real” matçı? Təbii ki, oyuna baxdım, çünki futbolu sevirəm. “Real”ın çətin matçlarda hansı mentalitet və xarakter daşıdığını bilirik. “Bayern”lə yarımfinal oyunları çox maraqlı olacaq”.

Daha əvvəl bildirilmişdi ki, Alonso gələcəkdə “Real”a rəhbərlik etmək istədiyi üçün “Bayern” və “Liverpul”dan gələn təkliflərdən imtina edib.

İspaniyalı keçmiş futbolçu 2009-14-cü illərdə “kral klubu”nda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button