
“Bayern”in 2 futbolçusu “Barselona”ya keçə bilər
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix və vingeri Leroy Sane Münhen klubu ilə müqavilələri başa çatdıqdan sonra yayda “Barselona”ya keçməyə isti yanaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular bir zamanlar rəhbərliyi altında “Bayern” və Almaniya millisində çıxış etdikləri baş məşqçi Hans-Diter Fliklə yenidən birləşmək ehtimalına nikbin yanaşırlar.
Sane bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Kimmix isə 25 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin