“Deyvisin çıxışının son həftələrdə niyə pisləşdiyini deyə bilmərəm” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la oyunda (2:2) müdafiəçi Alfonso Deyvisin çıxışını şərh edib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, klub rəsmisi, kanadalı futbolçunun çıxışının son bir neçə həftədə niyə pisləşdiyini deyə bilməyəcəyini söyləyib:
“Matçın əvvəlində Alfonsonun Bukayo Saka ilə problemləri var idi, lakin digər müdafiəçilər də bəzən oxşar çətinlikləri yaşayır. İkinci hissədə Deyvis daha ardıcıl səhvlər edirdi. Onun çıxışı klubun gələcəklə bağlı qərarlarına təsir edəcəkmi? Düşünmürəm. Deyvisin çıxışının son həftələrdə niyə pisləşdiyini deyə bilmərəm”.
Kanadalı futbolçu sarı vərəqələrin çox olması səbəbindən “Arsenal”la cavab matçını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin