“Bayern” ciddi dəyişikliklər etməyi planlaşdırır
“Bayern” cari mövsüm bitdikdən sonra heyətini ciddi şəkildə yeniləməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 2012-ci ildən bəri ilk dəfə bu mövsümü titulsuz və ümumiyyətlə, heç bir kubok olmadan başa vuracaq. “Bayern”in idman direktorları Kristof Freund və Maks Eberl komandada əhəmiyyətli dəyişikliklər etməyi, beş-yeddi yeni oyunçu ilə müqavilə imzalamağı planlaşdırır.
Bu planın həyata keçirilməsi üçün “Bayern” hazırkı heyətdən bəzi futbolçuları satmalı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin