“Bayern” Deyvisə vaxt verib
“Bayern” müdafiəçi Alfonso Deyvisin komandadakı gələcəyi ilə bağlı həftənin sonuna qədər qərar verməsini istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 23 yaşlı kanadalı futbolçudan klubla müqaviləni yeniləyib-yeniləməyəcəyi ilə bağlı cavab verməsini tələb edir.
“Bayern” oyunçuya 2029-cu ilin sonuna qədər olan müqavilə təklif edir və bu anlaşmaya əsasən, o, təxminən 14 milyon avro qazanacaq. Futbolçunun özü isə 20 milyon avro almaq istəyir.
Deyvis “Bayern”in təklifini rədd edərsə, Münhen klubu futbolçunu yayda satacaq. Müdafiəçiyə əsas namizəd “Real”dır. Lakin “kral klubu” “Bayern”in tələb etdiyi 50 milyon avronu ödəməyə hazır deyil.
Deyvis 2019-cu ilin yanvarından “Bayern”də çıxış edir. Müdafiəçi bu mövsüm bütün yarışlarda 31 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Bizi Facebook-da izləyin