“Bayern” “Lion”un futbolçusunu izləyir
“Lion”un yarımmüdafiəçisi Rayan Şerki Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” fransalı futbolçu ilə maraqlanır. Münhen klubunun nümayəndələri oyunçunun çıxışını qiymətləndirmək üçün dekabrda Fransa komandasının Avropa Liqasında “Ayntraxt”a qarşı keçirdiyi oyunda (3:2) iştirak ediblər.
Daha əvvəl 21 yaşlı yarımmüdafiəçi ilə maraqlananlar arasında “Liverpul”, “Borussiya” (Dortmund) və PSJ-nin də adı çəkilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin