Xavi “Bayern”ə keçə bilər

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons Bundesliqada klubunu dəyişə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Bayern” niderlandlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar başlamasa da, transfer ehtimalı gündəmdədir.

“Leyptsiq” 2025-ci ilin qışında Simonsun transfer hüquqlarını PSJ-dən 50 milyon avroya satın almışdı. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Xavi son Bundesliqa mövsümündə 25 matçda iştirak edib, 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button