“Bayern” futbolçusunu neçəyə satacağına qərar verib

“Bayern” klubu müdafiəçisi Alfonso Deyvisi “Real”a satmağa hazır olduğu məbləğə qərar verib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu 22 yaşlı kanadalı futbolçunun satışından ən azı 50 milyon avro qazanacağını gözləyir. “Kral klubu” isə futbolçunu 40 milyon avroya transfer etmək istəyir.

Deyvisin “Bayern”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button