“Bayern” Qoretska ilə bağlı qərar verib
“Bayern” rəhbərliyi komandanın yarımmüdafiəçisi Leon Qoretska ilə bağlı planlar barədə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu futbolçunu cari transfer dönəmində satmağa qərar verib. Almaniyalı yarımmüdafiəçinin özü isə komandadan getməyə həvəsli deyil.
Daha əvvəl mətbuatda Qoretskanın karyerasını İspaniya çempionatında davam etdirmək variantının olduğu bildirilib. “Atletiko” yarımmüdafiəçini transfer etmək istəyirdi.
29 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin