Riberi: “Bayern” favoritdir, lakin…”

“Bayern”in sabiq futbolçusu Frank Riberi Klublararası dünya çempionatında Almaniya komandasının şansını dəyərləndirib.

Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, mübarizənin çətin keçəcəyini bildirib:

“Bu, çətin qrupdur. “Bayern” favoritdir, lakin bura asan matçların olmadığı Çempionlar Liqasının qrupuna bənzəyir. Oyuna tam konsentrasiya ilə çıxmasaz, ciddi problemlə üzləşə bilərsiz”.

Münhen komandası Klublararası dünya çempionatının qrup mərhələsində “Oklend Siti”, “Boka Xuniors” və “Benfika” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button