“Bayern” evdə, “Borussiya”lar səfərdə qələbə qazandı

Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Bayern” “Holştayn”ı evində çətinliklə məğlub edib. “Boxum” “Frayburq”a, “Haydenhaym” Dortmund “Borussiya”sına, “Ştutqart” Mönhenqladbax “Borussiya”sına məğlub olub.

Almaniya Bundesliqası
20-ci tur

31 yanvar

Verder – Maynts 1:0
Qol
: Bittenkur, 14.

1 fevral

Bayern – Holştayn 4:3
Qollar
: Musiala, 19. Keyn, 45+3; 46. Qnabri, 54 – Porat, 62. Srkibski, 90+1; 90+3.

Boxum – Frayburq 0:1
Qol
: Sildilya, 34.

Haydenhaym – Borussiya (Dortmund) 1:2
Qollar
: Honsak, 64 – Girassi, 33. Bayer, 63.

Sankt Pauli – Auqsburq 1:1
Qollar
: Banks, 17-öz qapısına – M.Kömür, 83.

Ştutqart – Borussiya M 1:2
Qollar
: N.Elvedi, 49-öz qapısına – Nqumu, 25. Klayndienst, 81.

Union Berlin – Leyptsiq 0:0

2 fevral

18:30. Ayntraxt – Volfsburq
20:30. Bayer – Hoffenhaym

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button