
“Bayern”in kuboklar qazanması üçün hər şeyimi verəcəm”
“Çelsi”dən “Bayern”ə icarə əsasında keçən hücumçu Nikolas Cekson Münhen klubunu dünyanın ən yaxşı komandalarından biri adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu komandaya keçdiyi üçün xoşbəxt olduğunu bildirib:
“Mən indi bu böyük klubun bir hissəsi olduğum üçün çox xoşbəxtəm. “Bayern” dünyanın ən yaxşı klublarından biridir. Hər kəs burada oynamış əfsanələrin adlarını bilir və bilirlər ki, bu klub böyük uğurun simvoludur. Mənim bu komandada böyük məqsədlərim, arzularım var və “Bayern”in kuboklar qazanması üçün hər şeyimi verəcəm”.
Münhen klubu seneqallı futbolçunu şərtlərə uyğun olaraq, 65 milyon avroya almaq öhdəliyi ilə “Çelsi”dən icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



