“Bayern” Diası transfer edə bilməsə, onu alacaq

“Bayern” “Liverpul”un hücumçusu Luis Diası transfer edə bilməsə, başqa oyunçunu almağa çalışacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu “Lion”un yarımmüdafiəçisi Malik Fofananı yaxından izləyir.

Daha əvvəl “Liverpul”un Diası satmaq istəmədiyi, lakin futbolçunun özünün də klubun bu cür davranışından qəzəbləndiyi və getmək istədiyi bildirilib. “Bayern” isə prioritet transfer hədəfi olan forvardı almaq ümidini itirmir.

Fofana 2024/2025 mövsümündə 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button