“Bayern” Deyvislə anlaşdı
“Bayern” azarkeşlərini şad xəbərlə sevindirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu müdafiəçi Alfonso Deyvislə müqaviləni uzadıb.
Kanadalı futbolçu 2029/30 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləni imzalayıb.
Deyvis 2019-cu ilin əvvəlindən “Bayern”də oynayır. O vaxtdan bəri kanadalı 220 rəsmi oyun keçirib, 12 qol vurub və 34 məhsuldar ötürmə edib.
24 yaşlı oyunçu “Bayern”lə müqaviləsini uzatması “Real”ı narahat edəcək. Son illər mətbuat futbolçunu Madrid klubu ilə fəal şəkildə əlaqələndirir. “Bayern” hazırda Almaniya çempionatının turnir cədvəlinə başçılq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin