“Bayern”in Deyvis təşvişi
Alfonso Deyvisin “Bayern”lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, kanadalı futbolçu ilə müqavilə yenilənməsə, Münhen klubu bir il ərzində onu pulsuz itirmək riski ilə üzləşəcək. Belə ki, “Bayern”in onun azad agent statusu almaması üçün tezliklə satması daha sərfəli olacaq.
“Bayern” Deyvisin illik 20 milyon avro maaş tələbini yerinə yetirməyə hazır deyil. “Real”ın futbolçu ilə maraqlanmasına gəlincə, münhenlilər bu yay təklif gözləmir.
“Bayern” gələn mövsüm yüksək səviyyəli oyun nümayiş etdirəcəyi təqdirdə, 23 yaşlı futbolçunun vəziyyətinə yenidən baxa bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin