“Bayern” fransalı müdafiəçi ilə maraqlanır

“Milan”ın müdafiəçisi Teo Hernandes karyerasını başqa çempionatda davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, agentinin fransalı futbolçunun “Milan”da qalmaq niyyəti ilə bağlı verdiyi son açıqlamalara baxmayaraq, məqbul təkliflər alınarsa, klub rəhbərliyi oyunçunu 2025-ci ilin yayında satmaq imkanını nəzərdən keçirməyə hazırdır.

“Bayern” vəziyyəti diqqətlə izləyir. Hernandes Münhen klubunda müqaviləsi mövsümün sonunda başa çatacaq Alfonso Deyvisin potensial əvəzedicisi kimi görünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button