“Bayern”in Deyvisə görə problemləri yaranıb

“Bayern” kanadalı müdafiəçi Alfonso Deyvisə 22 milyon avro məbləğində imza bonusu verməsinin ardından bir sıra çətinliklərlə qarşılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Münhen klubunun gələcək transfer imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bundan əlavə, hazırda müqaviləsi başa çatmaq üzrə olan digər futbolçular da Deyvisin nümunəsindən ilhamlanaraq, əvvəlki şərtlərlə razılaşmaqdan imtina edirlər.

Kanadalı oyunçunun yeni müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədə olacaq. Onun bazar dəyəri təxminən 50 milyon avro qiymətləndirilir. Onunla ciddi maraqlanan klublar arasında “Real” da var idi və bu səbəbdən, “Bayern” Deyvisin şərtlərini qəbul etməyə məcbur qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button