“Bayern” Deyvisə əvəzləyici tapıb
“Liverpul”un müdafiəçisi Endryu Robertson gələn yay klubunu dəyişə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Bayern” maraqlanır. Komandanın müdafiəçisi Alfonso Deyvis ayrılacağı təqdirdə, Münhen klubu şotladiyalı futbolçunu almağa hazırdır.
Bildirilir ki, Deyvis transferlə bağlı “Real”la şifahi razılığa gəlib.
Robertson 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. Ümumilikdə o, mersisaydlıların heyətində 282 oyun keçirib, 9 qol vurub və 64 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin