“Bayern” “Barselona”nın futbolçusundan əl çəkmir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq hələ də “Bayern”in maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilər niderlandlı futbolçunu izləməyə davam edirlər.
Əvvəllər bildirilirdi ki, “Bayern” hələ də “Barselona” ilə yeni müqavilə imzalamaqdan imtina edən yarımmüdafiəçinin transferini yayda tamamlamaq üçün cəhdlər edə bilər.
De Yonq əvvəllər “Barselona” tərəfindən 90 milyon avro dəyərində qiymətləndirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin