
De Liqt üçün ilk təklif rədd edildi
“Bayern” “Yuventus”un müdafiəçisi Matteys de Liqtin transferi üçün danışıqlara uğursuz başlayıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Yuventus” Münhen klubunun 60 milyon avro və əlavə ödəniş kimi 10 milyon avroluq ilk təklifini rədd edib.
De Liqt ötən mövsüm “Yuventus”da 42 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin