“Bayern” DÇ-nin 1/4 finalında

ABŞ-da keçirilən klublarası dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün daha bir 1/4 finalçı müəyyənləşib.

Almaniya çempionu “Bayern” 1/8 finalda Braziliya klubu “Flamenqo” ilə üz-üzə gəlib. Altı qolluq oyunda inamlı qələbə qazanmış Münhen təmsilçisi növbəti mərhələyə yüksəlib.

“Bayern”in heyətində Harri Keyn (9, 73) və Leon Qoretska (41) fərqləniblər. 6-cı dəqiqədə isə Erik Pulqar avtoqol müəllifi olub. “Flamenqo”nun qollarını da Jerson (33) və Jorjinyo (55-ci dəqiqədə penaltidən) vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button