“Bayern” “Arsenal”ın müdafiəçisini “qaralayıb”

“Arsenal”ın müdafiəçisi Yurrien Timber “Bayern”in maraq dairəsindədir.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi bu mövsüm “topçular”ın əsas heyətində özünü təsdiqləyən niderlandlı futbolçu ilə maraqlananlar arasındadır.

Bununla belə, 24 yaşlı oyunçu artıq “Arsenal”la müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır. “Bayern” çətin ki, londonluların planlarını alt-üst etsin.

Timberin klubu ilə hazırkı anlaşmasının müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button