“Bayern”in Sane üçün şərti var

“Bayern” yarımmüdafiəçisi Leroy Sane ilə yeni müqavilə üçün danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı vinger maaşının azaldılmasına razılaşacağı təqdirdə, ona üç illik yeni müqavilə təklif etməyə hazırdır.

Sanenin karyerasını davam etdirməsi üçün digər variantlar arasında “Arsenal”ın da adı çəkilir. O, 2020-ci ildən “Bayern”in rənglərini qoruyur.

Almaniyalı futbolçu bu mövsüm münhenlilərin heyətində 37 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button