
“Bayern” “Ayaks”ın futbolçusunu transfer etdi
“Bayern” klubu “Ayaks”da çıxış edən Nussair Mazraui ilə razılığa gəlib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi artıq Almaniya təmsilçisində tibbi müayinədən də keçib.
Mərakeşli futbolçu mövsümün sonunda “Bayern”ə qoşulacaq. Onun illik maaşı təxminən 8 milyon avro olacaq. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Mazraui cari mövsümdə “Ayaks”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin