“Bayern” Bişovla müqavilə bağladı

Almaniyanın “Bayern” klubu “Hoffenhaym”ın 19 yaşlı futbolçusu Tom Bişovla müqavilə bağlayıb.

Komanda.az münhenlilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 2029-cu ilə qədər sözləşmə imzalasa da, cari mövsümün sonuna qədər “Hoffenhaym”da forma geyinməyə davam edəcək.

Bişov Almaniyanın istedadlı futbolçularından hesab olunur. O, ölkənin aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button