“Bayern” futbolçusundan güzəşt gözləyir

“Bayern”in rəhbərliyi komandanın yarımmüdafiəçisi Serj Qnabrinin müqaviləsini müəyyən şərtlər daxilində uzatmaqda maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu futbolçunu saxlamağı planlaşdırır, lakin onun maaşının hazırkı məvacibindən təxminən üçdə bir qədər azaldılmasına razılıq verməsini gözləyir. Yeni müqavilə çox güman ki, 2028-ci ilə qədər qüvvədə olacaq.

Qnabrinin klubla hazırkı müqaviləsi gələn ilin iyun ayının sonunda bitəcək. O, bu mövsüm bütün yarışlarda 10 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button