“Bayern” “Bayer”lə razılığa gələ bilmir

“Bayern” hələ də “Bayer”lə mərkəz müdafiəçisi Conatan Tanın transferi ilə bağlı razılığa gələ bilmir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu daha əvvəl 20 milyon avro+5 milyon bonus təklif edib, lakin Leverkuzen təmsilçisi bununla razılaşmayıb.

Vensan Kompaninin komandası yaxın günlərdə təklifini təkmilləşdirməsə, Ta, klubun danışıqlarda passiv mövqeyini nəzərə alaraq, “Bayern”ə keçib-keçməməsi barədə ciddi düşünəcək.

“Bayer” müqaviləsi gələn yay başa çatacaq Tanı satmaq variantını istisna etmir. “Bayern” bu yaxınlarda Matteys de Liqt və Nussair Mazrauini “Mançester Yunayted”ə satsa da, Conathan Ta ilə müqavilə bağlamaq yolunda addım atmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button