“Bayern” hücumçusuna klubda qalmağı təklif edəcək
“Bayern”in hücumçusu Tomas Müller karyerasını başa vurduqdan sonra Münhen klubunda qala bilər.
Komanda.az “Miasanmia”-ya istinadən xəbər verir ki, münhenlilər veteran futbolçuya klubda qalmağı təklif etmək istəyir.
34 yaşlı hücumçu 2008-ci ildən Münhen təmsilçisinin şərəfini qoruyur. Karyerasını bitirdikdən sonra o, Müşahidə və ya İcra Şurasında yer ala bilər.
Müller Bundesliqada ötən mövsüm 31 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin