“Bayern”lə anlaşa bilməyən Kimmixin iki “elçi”si var

Coşua Kimmix cari mövsümün sonunda “Bayern”i tərk edə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, bir gün əvvəl Münhen klubunun almaniyalı yarımmüdafiəçi ilə yeni müqavilədə razılaşmadığı məlum olub.

30 yaşlı oyunçu ilə “İnter” və “Liverpul” maraqlanır. Daha əvvəl PSJ-nin də onu almaq niyyətində olduğu bildirilirdi.

Kimmix 2015-ci ilin yayından “Bayern”də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilənin müddəti yayda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button