
“Bayern” 46 il sonra bunu yaşadı
“Bayern” Almaniya Bundesliqasının 22-ci turunda “Bohum”a uduzub – 2:4.
Komanda.az xəbər verir ki, ilk hissəsi 1:4 hesabıyla bitən matç Münhen təmsilçisi üçün antirekordla yadda qalıb.
Belə ki, “Bayern” 1975-ci ildən sonra ilk dəfə bir matçın 1-ci hissəsində 4 qol buraxıb. Komanda sonuncu dəfə 46 il əvvəl Frankfurt “Ayntraxt”ından ilk hissədə 5 qol buraxmışdı. Həmin matç 0:6 hesabıyla başa çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin