Fransalı hücumçu Almaniya klubuna keçə bilər – 70 milyon avroya

“Çelsi”nin hücumçusu Kristofer Nkunku karyerasını Almaniya çempionatında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 27 yaşlı forvardın transferində “Bayern” maraqlıdır.

Münhen klubunun baş məşqçisi Vensan Kompani hesab edir ki, fransalı futbolçu “Bayern”in hücum potensialını gücləndirə biləcək. Klub qış transfer pəncərəsi bağlanana qədər onun transferini başa çatdırmaq istəyir.

“Çelsi” 70 milyon avro qarşılığında Nkunku ilə ayrılmağa hazırdır. O, İngiltərə çempionatının cari mövsümündə 19 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button