
“Bayern” argentinalı futbolçunu izləyir
“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço “Bayern”in maraq dairəsinə düşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Münhen klubu argentinalı futbolçuya hücum xəttinin cinahına potensial əlavə kimi baxır və onun gələcəyi ilə bağlı vəziyyəti izləyir.
“Mançester Yunayted” danışıqlara açıqdır və real təklifləri nəzərdən keçirməyə hazırdır. Bununla belə, Qarnaçonun özü karyerasını İngiltərədə davam etdirməyə üstünlük verəcək. Premyer Liqada ona göz dikən klublar arasında “Çelsi” və “Aston Villa” da var.
19 yaşlı futbolçu “Mançester Yunayted”in heyətində 144 rəsmi oyun keçirib, 26 qol vurub və 22 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin