
“Bayern” hücumçu alır – 5 illik müqavilə bağlayacaq
“Ştutqart”ın hücumçusu Nik Voltemade yay transfer dövründə komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Bayern”ə keçməyə yaxındır.
Münhen klubu Voltemadenin agenti ilə uğurlu danışıqlar aparıb və tərəflər artıq 5 illik müqavilə üzrə razılığa gəliblər. Transferin məbləği təxminən 100 milyon avro ola bilər. Halbuki “transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
Almaniyalı forvard 2024/25 mövsümündə “Ştutqart”ın heyətində 33 oyunda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



