“Bayern” Keyni almağa hazır deyil
“Bayern”in İngiltərə milli komandasının və “Tottenhem”in hücumçusu Harri Keyni transfer etmək istəyi uğursuzluqla nəticələnə bilər.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Bundesliqa klubu ingilis forvardın keçidi üçün Premyer Liqa təmsilçisinə 100 milyon avro ödəməyə hazır deyil.
“Bayern” Keyni almaqdan imtina etsə, “Mançester Yunayted” onun keçidini rəsmiləşdirmək üçün mübarizə aparacaq.
İngiltərəli futbolçunun “Tottenhem”lə sözləşməsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2011-ci ilin yanvarından bu klubda çıxış edir.
Keyn cari mövsümdə İngiltərə çempionatında 30 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin