“Bayern” 1/16 finalda dayandı

Almaniya kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 8 qarşılaşma baş tutub.

Yekunda “Borussiya” (Dortmund), “Paderborn”, “Maqdeburq”, “Bayer”, “Herta”, “Nürnberq”, “Saarbrükken” və “Ayntraxt” mərhələ adlayıblar.

“Bayern” və “Frayburq”un mübarizəni bu mərhələdə dayandırması diqqətçəkən olub.

Almaniya Kuboku
1/16 final
31 oktyabr

Arminiya (Bilefeld) – Hamburq 1:1 (penaltilər 3:4)
Borussiya (Münhenqladbah) – Haydenhaym 3:1
Kayzerslautern – Köln 3:2
Unterhaxinq – Fortuna (Düsseldorf) 3:6
Homburq – Qroyter 2:1
Sankt Pauli – Şalke 2:1
Ştutqart – Union Berlin 1:0
Volfsburq – Leypsiq 1:0

1 noyabr

Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Frayburq – Paderborn 1:3
Holştayn – Maqdeburq 3:3 (penaltilər 3:4)
Sandhauzen – Bayer 2:5
Herta – Maynts 3:0
Nürnberq – Hanza Rostok 3:2
Saarbrükken – Bayern 2:1
Viktoriya (Köln) – Ayntraxt 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button