
“Bayer”in futbolçusu Belçika klubu ilə yeni müqavilə imzalayıb
Leverkuzen “Bayer”i 20 yaşlı yarımmüdafiəçisi Noa Mbambanın Belçikanın “Dender” klubu ilə icarə müddətini uzatdığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun yeni anlaşmasının müddəti gələn ilin ortalarına qədər nəzərdə tutulub.
“Əczaçılar” Mbambeni əvvəlcə 2025-ci ilin sonuna kimi icarəyə göndərmişdilər. O, Belçika çempionatının cari mövsümündə səkkiz oyun keçirib və qol vurmayıb.
“Bayer” hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 62 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası lider “Bayern”dən 6 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



