“Bayer”in türk futbolçusunda koronavirus aşkarlandı

Almaniyanın “Bayer” klubunun türk əsilli futbolçusu Kerem Demirbay koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 27 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Komandadan təcrid edilən yarımmüdafiəçi evində karantinə alınıb. Digər bütün futbolçuların testi neqativ çıxıb və onlar Bundesliqanın növbəti oyununda iştirak edə biləcəklər.

Qeyd edək ki, “Bayer” Bundesliqanın 10-cu turu çərçivəsində bu gün səfərdə “Şalke” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button