“Alonso başqa bir yola getməyə qərar verərsə, heç kim qəzəblənməyəcək”
“Bayer”in qapıçısı Lukaş Hradçki baş məşqçi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Arzumuz onun qalmasıdır. Lakin Bundesliqanı qazansa və başqa bir yola getməyə qərar verərsə, heç kim qəzəblənməyəcək və mübahisə etməyəcək. Onun “Bayer”də olmağı çox sevdiyini hər gün görürük. Yaşadığı yeri də bəyənir”.
Daha əvvəl mətbuatda ispaniyalı mütəxəssisin xidmətində “Bayern”, “Liverpul” və “Real”ın maraqlı olduğu haqda məlumat yayılıb. Alonsonun Leverkuzen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Bayer” Almaniya çempionatının 26 turundan sonra 70 xal toplayıb və birinci yerdədir.
Bizi Facebook-da izləyin