“Bayern”i bir az da əsəbiləşdirmək niyyətindəyik”

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Caka Almaniya çempionatının 5-ci turu çərçivəsində “Bayern”lə oyun ərəfəsində fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, isveçrəli futbolçu “Bayer”in zirvədə qalmaq niyyətində olduğunu bildirib:

“Bayer” zirvədə qalmaq niyyətindədir. Növbəti addımımız “Bayern”lə matçdır. Keçən mövsüm etdiyimiz kimi, onları bir az da əsəbiləşdirmək niyyətindəyik. Bizi möhtəşəm matç gözləyir. Komandamız buna tam “silahlanmış” şəkildə yaxınlaşır”.

“Bayern” və “Bayer” arasındakı turun mərkəzi oyunu sentyabrın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button