“Bayer” rəsmisi Xabi Alonsonun klubdakı gələcəyindən danışıb
“Bayer”in idman direktoru Saymon Rolfes ispaniyalı mütəxəssis Xabi Alonsonun Leverkuzen klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövzu ilə bağlı sakit qaldığını bildirib:
“Mən sakit və nikbin qalıram. Məşqçilər üçün ən önəmlisi onların özlərini rahat və doğru yerdə hiss etmələridir. Alonso bunu dəfələrlə deyib”.
42 yaşlı baş məşqçi 2022-ci ildən “Bayer”ə rəhbərlik edir.
Almaniya çempionatının 23 turundan sonra “Bayer” 61 xalla turnir cədvəlinə başçılıq edir.
“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin