“Bayer”dən qovulan Ten Haq rəhbərliyi ittiham etdi

Erik ten Haq “Bayer”dən qovulduqdan sonra açıqlama verib.

Almaniya Bundesliqası tarixində ilk dəfə bir məşqçi mövsümün cəmi iki açılış turundan sonra işini itirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis qovulmağın onun üçün sürpriz olduğunu deyib:

“Bayer”in məni işdən çıxarmaq qərarı tamamilə sürpriz oldu. Cəmi iki liqa oyunundan sonra baş məşqçi ilə ayrılmaq görünməmiş bir hadisədir. Keçmiş uğurlarda mühüm rol oynamış bir çox əsas oyunçu bu yay komandanı tərk etdi. Yeni, vahid komanda qurmaq vaxt və etibar tələb edən əziyyətli prosesdir. Yeni məşqçi öz düşüncələrini həyata keçirmək fürsətinə layiqdir, komanda işinə tam standartlar qoymuşdum və öz oyun tərzini müəyyən etməyə başlamışdım. Amma təəssüf ki, rəhbərlik mənə vaxt vermədi. Karyeram ərzində mənə güvənən klublar uğur və kuboklarla mükafatlandırılıb”.

“Bayer” Bundesliqanın iki turundan sonra 2 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button