“Bayer”dən növbəti transfer

“Bayer” İspaniyanın “Sevilya” komandasının müdafiəçisi Loik Badeni transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Almaniya klubu bu transfer üçün 25 milyon avro ödəyib.

2024/25 mövsümündə Bade 33 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button